“Getmək istəyirsə, getsin”- Qvardiola


İdman 11 Mar 2019 15:16:00 320 0

“Getmək istəyirsə, getsin”- Qvardiola

Manchester City-nin baş məşqçisi Pep Qvardiola İlkay Gündoğanın klubdan mümkün ayrılığına münasibət bildirib.

Goal.az xəbər verir ki, çalışdırıcı 28 yaşlı futbolçunun heyətdə qalmasını istəyir.

“Ümid edirəm ki, ayrılmayacaq. Klubda qalmasını istərdim. Yeni müqavilə imzalamağa hazırıq. Hiss edirəm ki, ayrılmaq fikri var. Getmək istəsə, getsin. Son qərarını gözləyirəm”, - Qvardiola deyib.

Gündoğan cari mövsüm Manchester City-nin heyətində 24 oyunda 5 qol vurub.