Azərbaycanın təqdim etdiyi tamaşa festivalın qalibi olub (FOTO)


Digərləri 11 Mar 2019 15:11:00 211 0

Azərbaycanın təqdim etdiyi tamaşa festivalın qalibi olub (FOTO)

Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının qalibi müəyyən olunub.

Bakı. Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının qalibi müəyyən olunub. Akademik Milli Dram Teatrının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalın qalibi yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində gənc rejissor Əlif Cahangirlinin quruluşunda hazırlanan tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır. Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir. Mükafatlandırma mərasimində tamaşada iştirak edən aktyorlar səhnəyə dəvət olunub, onlara Xalq artistləri Hacı İsmayılov və Ramiz Fətəliyev tərəfindən xüsusi diplom və pul mükafatı təqdim olunub.