"Mauqli" tapıldı: anası 5 yaşlı qızını zibil içində


Digərləri 11 Mar 2019 14:46:00 225 0

"Mauqli" tapıldı: anası 5 yaşlı qızını zibil içində

Rusiyanın paytaxtı Moskvadakı Leninqrad şossesində yerləşən binalardan birində sahibsiz, təkbaşına qalmış 5 yaşlı qız xilas olunub.

Son.az Life-a istinadən bildirir ki, 5 yaşlı qız xəstəxananın reanimasiya bölməsinə aparılıb. Qonşuların dediklərinə görə, uşağı evdə tək qoyaraq yoxa çıxmış ananı polislər saxlayıblar. O, hazırda istintaqda ifadə verir.

Moskva Şəhər Prokurorluğundan verilən məlumata görə, zibilxanaya çevrilmiş mənzildə yaşayan qızda anoreksiya əlamətləri var. Onun boynunda dərisinə yapışmış xaç aşkarlanıb.

Sosial şəbəkələrdə "Moskva Mauqlisi" adlandırılan qız danışa bilmir, yalnız səslər çıxarır. O, geyinməyi, yuyunmağı, ayaqyoluna getməyi də bacarmır.

Həddən artıq ağır formada arıqlamış uşaq indi müalicə olunur. Həkimlərin dediklərinə görə, 5 yaşlı qız hətta çeynəmək və udmaq bacarıqlarından məhrum olduğu üçün müalicə çox çəkəcək.


Xəbərə aid fotolar