Bakıda NATOnun təlim kursu keçirilib


Siyasət 11 Mar 2019 14:10:00 218 0

Bakıda NATOnun təlim kursu keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-da təlimlərin əməliyyat səviyyəsində planlaşdırılması prosesi" mövzusunda təlim kursu keçirilib.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat veriib.

Kursun iştirakçılarına NATO-nun strukturu, hərbi tərəfdaşlıq və təlim prosesi barədə məlumat verilib.