Azərbaycan Avropada turizmin inkişafına görə 7ci olub


Digərləri 11 Mar 2019 14:19:00 225 0

Azərbaycan Avropada turizmin inkişafına görə 7ci olub

Azərbaycan turizmin inkişafına görə Avropa ölkələri arasında 7-ci yeri tutub. 

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı reytinq cədvəlini Ümumdünya Turizm Təşkilatı (ÜTT) açıqlayıb. 

Qurum Azərbaycanda turizm sektorunun inkişaf dinamikasını 20% səviyyəsində qiymətləndirib. ÜTT Bakını ecazkar məkanlardan biri kimi təqdim edərək onu "Yeni Dubay"a bənzədib, neftlə zəngin olan ölkənin Avropa və Asiya arasında, o cümlədən Şərqdə sürətlə inkişaf edən haba çevrildiyini bəyan edib.