Sumqayıt-da 350-ci qol


İdman 11 Mar 2019 13:46:00 346 0

Sumqayıt-da 350-ci qol

Sumqayıt Azərbaycan çempionatlarında 350-ci qolu buraxıb.

Goal.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 20-ci turuna təsadüf edib.

Neftçi ilə ev matçında (1:2) qonaqların vurduğu ikinci top “kimyaçılar”ın Premyer Liqada qapısında gördüyü 350-ci qol kimi yadda qalıb. Bu topun müəllifi Ömər Buludov olub.

2011/12 mövsümündən güclülər sırasında mübarizə aparan Sumqayıt, 350-ci qolu 244-cü matçda buraxıb.