Sabahın HAVAsı


Digərləri 11 Mar 2019 13:23:00 254 0

Sabahın HAVAsı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 12-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək.