Neftçi-də 50-ci oyun


İdman 11 Mar 2019 13:14:00 315 0

Neftçi-də 50-ci oyun

Neftçi-nin futbolçusu Anton Krivotsyuk “ağ-qaralar”ın heyətində 50-ci oyununu keçirib.

Goal.az xəbər verir ki, müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XX turuna təsadüf edib.

Antonun paytaxt klubundakı debütü 2017/18 mövsümünün əvvəlinə təsadüf edib. O, 2017-ci il avqustun 25-də Kəpəz-lə görüşdə (0:0) meydana çıxıb. Təxminən ilyarım ərzində Premyer Liqada 42, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 matça çıxan müdafiəçinin hesabında iki qol var. O, hər iki topu çempionatda vurub. (PFL)