Dilarə küsülü olduğu Röya və Xatirə haqda: "Özünüzə fikir verin"


Şou-biznes 11 Mar 2019 13:06:00 263 0

Dilarə küsülü olduğu Röya və Xatirə haqda: "Özünüzə fikir verin"

Əməkdar artist Dilarə Əliyeva küsülü olduğu əməmkdar artist Röya Ayxan və müğənni Xatirə İslam haqda danışıb

.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa "Söhbətsiz" proqramında müğənnilərlə heç bir incikliyi olmadığını söyləyib:

"Kəskin münasibəti Röya bildirib və düzgün anlamayıb. Hər zaman deyirdim ki, o, şeyləri əvvəl Röya özünə icazə verirdi, artıq vermir. İndi o başqa cür Röya olub. Heç kimlə şəxsi qərəzim yoxdur. Gedib toyda oxuyacam? Əlimdə o boyda veriliş, tamaşalarım var. Kiminsə yolunu kəsim, qalmaqal edib, gündəmə gəlmək fikrim yoxdur. Gördüyünüz işin belə bir şəxs tərəfindən analizini eşidirsinizsə, özünüzə fikir verin. Düşünün ki, nəsə var deyə müzakirə edilir. Güzgünü çevirin fikirləşin ki, nəyi düz etmədim? 

İndi Röya ilə də gözəl münasibətim var. Röya nə etsə də, tamaşaçı sevir, mən də onu sevir və qulaq asıram.