Akrobatlarımız Portuqaliyada 3cü oldular


Digərləri 11 Mar 2019 12:57:00 214 0

Akrobatlarımız Portuqaliyada 3cü oldular

Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku başa çatıb.

Son.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu kubok 2019-cu ildə yığma komandamızın qatıldığı ilk turnir olsa da, gimnastlarımız mövsümə uğurla start verib. Belə ki, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi turniri bürünc medalla başa vurublar. Birinci pillədə Rusiya, ikinci yerdə isə Belarus təmsilçiləri qərarlaşıblar. Digər qarışıq cütlüyümüz Nurcan Cabbarlı və Ağasif Rəhimov isə finala adlaya bilməyiblər.

Kişi cütlüyümüz Seymur Cəfərov və Murad Əkpərov da final mərhələsində çıxış ediblər. Lakin proqramlarını icra edərkən yol verdikləri səhv onları medaldan uzaq salıb və cütlük sıralamada 5-ci oub.