Əri hədiyyə almadığı üçün özünü bıçaqlayan qadından xəbər var


Digərləri 11 Mar 2019 12:07:00 209 0

Əri hədiyyə almadığı üçün özünü bıçaqlayan qadından xəbər var

Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib

. F. İbrahimbəyov küçəsində yaşayan, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayna əri ilə mübahisə zəminində özünü bıçaqlayıb. İntihara cəhd edən qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Son.az xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Alim Məmmədov unikal.org-a bildirib ki, Konstatinova Svetlana Nikolayna hazırda xəstəxananın reanimasiya şöbəsindədir:

"Qadın qarnının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə xəstəxanaya gətirilmişdi. Onun qarın boşluğu, bağırsağı və piyliyi zədələnmişdi. 48 yaşlı qadınının sadalanan orqanlarına tikiş qoyuldu. Hazırda reanimasiya şöbəsindədir. Ona bütün zəruri tibbi yardım göstərilir".

A.Məmmədov qeyd edib ki, əməliyyat olunan qadının mübahisə etdiyi həyat yoldaşı xəstəxanaya gəlməyib. Xəstəxanada Svetlana Nikolaynanın oğlu ancaq onun yanında olub.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayna cərrahi əməliyyat olunduqdan sonra polislərə verdiyi ilkin izahatında bildirib ki, həyat yoldaşı ABŞ vətəndaşıdır. Həmişə xüsusi bayramlarda ona qayğı və diqqət göstərib. Lakin bu gün əri ona heç bir hədiyyə almadığından özünü bıçaqlayıb. Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.