Bu universitetin tələbələri ideyalarını biznesə çevirə biləcəklər


Digərləri 11 Mar 2019 12:10:00 205 0

Bu universitetin tələbələri ideyalarını biznesə çevirə biləcəklər

Qərbi Kaspi Universitetində yaradılmış İdeya Bankı tələbələrə öz ideyalarını biznesə çevirməyə imkan yaradacaq.

Bakı. Qərbi Kaspi Universitetində yaradılmış İdeya Bankı tələbələrə öz ideyalarını biznesə çevirməyə imkan yaradacaq. Trend-in məlumatına görə, Universitetin Texnoparkında qurulmuş sistemin mahiyyəti universitet tələbələrinin innovativ təşəbbüskarlıq və ixtiraçılıq qabiliyyətlərinin, bu istiqamətdə ideyaların ortaya çıxarılması, onlara dəstəyin verilməsi işinin təşkilindən ibarətdir. Bunun üçün texnoparkda mexatronika və robototexnika laboratoriyası, biznes inkubasiya mərkəzi, ideya bankı, Texnoloji Prototip Startup Mərkəzləri yaradılıb. İdeyanın biznesə çevrilməsi üçün o, aşağıdakı mərhələlərdən keçməlidir: İdeya bankı Tələbə ideyasını İdeya Bankına daxil edir. İdeya bütün aspektlərdən qiymətləndirilir, tətbiq miqyası, innovativliyi, nə qədər praktik əhəmiyyət kəsb etməsi nəzərdən keçirilir. İdeyanın uğurlu realizəsi, perspektivi yüksək dəyərləndirilirsə, təkmilləşdirilməsi üçün məsləhətçi təyin edilir. Texnoloji Prototip Mərkəzi İdeyanın tətbiqi üçün şəkilləndirilməsi məqsədi ilə onun texnologiyası üzərində işləmək, prototipini formalaşdırmaq zərurəti yaranır. Bunun reallaşdırılması üçün universitetdə Texnoloji Prototip Mərkəzi yaradılıb. Burada mövcud olan metal, taxta, plastik emalatxanalarında qaynaq və lehimləmə işlərini həyata keçirmək mümkündür.