Məktəbli oğlan qohumuna 8 bıçaq zərbəsi vurdu


Kriminal 11 Mar 2019 11:51:00 239 0

Məktəbli oğlan qohumuna 8 bıçaq zərbəsi vurdu

Biləsuvar rayonunda məktəbli oğlan qohumuna səkkiz bıçaq zərbəsi vurub

.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 9-u gecə saatlarında rayonun Nəsimi kəndində baş verib. 2001-ci il təvəllüdlü şagird şəxsi münasibətlər zəminində qohumu, 1982-ci il təvəllüdlü Qarayev Nadir Qəfər oğlunun kürəyindən 8 bıçaq zərbəsi vurub. Yaralı N.Qarayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.