Kim Çen Inın qardaşının “qatili” azad edildi FOTO


Dünya 11 Mar 2019 11:22:00 260 0

Kim Çen Inın qardaşının “qatili” azad edildi  FOTO

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı öldürməkdə şübhəli bilinən indoneziyalı qadın azad edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Siti Asiya 2017-ci ildə Kuala Lampur aeroportunda Kimin üzünə VX toksik maddəsi sürtməkdə ittiham olunurdu.

Asiya və onunla əlbir olmaqda şübhəli bilinən vyetnamlı Doan Ti Honq qətllə bağlı ittihamı rədd edir və yumoristik xarakterli qurama televiziya şousunda iştirak etdiklərini güman etdiklərini bildirir.

Belə ki, onların vəkillərinin dediyinə görə, tanımadıqları şəxs onlara "prank"də iştirak edərək, aeroportda və hotellərdə olan insanların üzlərinə maye sürtmələrinə görə yaxşı pul ödəyib.

Məlumata görə, hakim prokurorun vəsatəti əsasında qətllə bağlı cinayət işinə xitam verib. Habelə AFP agentliyi bunun bəraət qərar olmadığını və onun başqa maddə ilə mühakimə oluna biləcəyini yazır.


Xəbərə aid fotolar