Azərbaycan NATOnun Kodifikasiya Sisteminə qoşulub


Siyasət 11 Mar 2019 11:27:00 273 0

Azərbaycan NATOnun Kodifikasiya Sisteminə qoşulub

Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib

.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə ölkəmizdə səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.

Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlərdə sistemin təqdimatı keçirilib, həmçinin onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb.