Albaniya Azərbaycanla turizm sahəsində sıx əməkdaşlıq etmək istəyir


Digərləri 11 Mar 2019 10:09:00 273 0

Albaniya Azərbaycanla turizm sahəsində sıx əməkdaşlıq etmək istəyir

Albaniya turizm sahəsinə Azərbaycan investisiyalarının cəlb edilməsinə maraq göstərir.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Albaniya Prezidenti İlir Meta deyib.

Prezident bildirib: "Biz Azərbaycan şirkətlərinin Albaniyanın turizm sektoruna investisiya yatırmasında, Azərbaycan vətəndaşlarının isə Albaniyaya səfər etməsində və ölkənin gəzməli-görməli yerlərindən zövq almasında çox maraqlıyıq. Dövlətlərimizin investorlarını və turoperatorlarını təşviq etmək lazımdır ki, onlar bu sahədə layihələrin birgə maliyyələşdirilməsi ilə bağlı konkret ideyalar hazırlasınlar".

İ.Metanın sözlərinə görə, Albaniyada ilin ən azı 270 günü günəşli keçir ki, bu da elit çimərlik turizminə şərait yaradır. Həmçinin ölkə dağ turizminin inkişafı üçün xüsusi potensiala malikdir.