KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” arasında əməkdaşlığa dair memorandum imzalanıb (FOTO)


Digərləri 11 Mar 2019 09:34:32 196 0

KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” arasında əməkdaşlığa dair memorandum imzalanıb (FOTO)

“Azərbaycan Sənaye Korporasiyası” ASC və KOBİA arasında əməkdaşlıq genişlənir

Bakı. “Azərbaycan Sənaye Korporasiyası” ASC və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Kiçik və orta biznesə dəstək: qeyri-neft sektorunda sənaye müəssisələrinin inkişafı” mövzusunda konfrans keçirilib. Trend-in məlumatına görə, tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin və Agentliyin nümayəndələri, Korporasiyanın tabeliyində olan müəssisələrin rəhbərləri iştirak ediblər. Konfransda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, hazırda kiçik və orta biznesə (KOB) dəstək məqsədilə tətbiq olunan mexanizmlər, nəzərdə tutulan layihələr, müvafiq sahədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verib.