Almaniyada güclü siklon tüğyan edir


Dünya 11 Mar 2019 08:26:00 247 0

Almaniyada güclü siklon tüğyan edir

Almaniyaya Belçika ilə sərhəddən güclü "Eberhard" siklonu yaxınlaşır. Trend-in məlumatına görə, küləyin sürəti saatda 120 kilometrə çatır.

Son.az Trend-ə istinadən bildirir ki, Almaniya Meteoroloji Xidmətinin "Twitter"-də verdiyi məlumata görə, siklon ilk olaraq Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts regionlarını vurub, daha sonra isə Hessen, Türingiya, Şimali Bavariya və Çexiyaya yollanır.