Tarixin gizli səhifələri I Pyotrun sevimli qızının taleyi


Digərləri 11 Mar 2019 07:21:00 295 0

Tarixin gizli səhifələri  I Pyotrun sevimli qızının taleyi

Rusiya imperatoru I Pyotrun sevimli qızı Annanın həyatını atası müəyyənləşdirib.

Son.az ölkə.az-a istinadən qısa ömür sürən, 20 yaşında vəfat edən Anna haqqında kiçik yazını təqdim edir. Anna Rusiyanın Qərblə münasibətlərinin əsirinə çevrildi. O, sevmədiyi insana ərə verildi, yad ölkəyə getdi.

Uşaqlıq dövrü

Pyotrun Yekaterina ilə qeyri-qanuni münasibətlərindən Anna adlı qızı dünyaya gəldi. Anna 1708-ci ilin 7 fevral tarixində anadan olub. Anna valideynləri nikaha girdikdən sonra saraya köçüb. Onu kiçik bacısı ilə birlikdə tərbiyə ediblər: dayələr, quvernerlər və müəllimlər. Anna yaxşı oxuyur və əla məktub yazırdı. Bunu onun  valideynlərinə "şahzadə Anna" imzası ilə göndərdiyi məktublar da sübut edir. Bu məktubu isə Anna 8 yaşı olanda yazıb.

Yekaterina uşaqları üçün hər şey edir, diqqət ayırır, hədiyyələr verirdi. Pyotr isə kobud idi və övladlarına vaxt ayırmırdı. Hətta Pyotr arvadının ona xəyanət etdiyini öyrənəndə məşuqun boynunu vurulmasını əmr etdi.

Anna atasının etinasız olmasına baxmayaraq, onu çox sevirdi.


Xəbərə aid fotolar