Dünyanı dəyişən insanların gerçək həyatı Məşhur milyarderlərin sirləri FOTO


Digərləri 11 Mar 2019 06:30:00 339 0

Dünyanı dəyişən insanların gerçək həyatı  Məşhur milyarderlərin sirləri  FOTO

Bill Qeyts, İlon Mask, Mark Zukerberq... Bu adları bu gün eşitməyən insan yoxdur. Onların bioqrafiyasını da digər milyarderlərin həyat hekayəsi kimi misal çəkərək insanın sıfırdan başlayaraq zirvələri fəth edəcəyinə dair sübut kimi təqdim edirlər. Əslində bu belədirmi?

Son.az ölkə.az-a istinadən dünyanın ən varlı insanları ilə bağlı sirr, müəmma və şayiələri çatdırır.

Bill Qeyts

Bill Qeyts dünya kompüter texnologiyası sahəsində əsl inqilab edən şəxs kimi tanınır. Bu gün onun sayəsində kompüterdən istifadə edirik. Bill haqqındakı məqalələrdə daha çox "gələcəyin dahisi və milyarderi sadə hüquqşünas ailəsindən çıxıb" cümləsinə rast gəlirib. Həqiqətən də belə olub?

Məlum olub ki, Bilin ulu babalarından biri millət vəkili, Sietl şəhərinin meri olub. Ana tərəfdən babası isə ABŞ Milli Bankının vitse-prezidenti olub. Onun atası Uilyam Henri II Qeyts məşhur vəkil olub. Anası Meri Maksvell isə iş adamıdır. Bundan başqa Meri 41 ölkədə nümayəndəliyi olan məşhur "United Way Worldwide" xeyriyyə təşkilatına üzv olan ilk qadındır. Bilin də əsl adı "Uilyam Henri III Qeytsdir. O, anadan olmadan əvəl Qeyts ailəsi Sietl şəhəri və Vaşinqton ştatında böyük nüfuza malik olub. Onun qohumlarının əksəri biznes, siyasət və ictimai həyatda tanınmış şəxslər olub.

Məlum olub ki, Meri ilə birlikdə xeyriyyə təşkilatında müxtəlif illərdə "İBM" şirkətində rəhbər vəzifələrdə çalışan Con Opel və Con Eykers də çalışıb. Bildiyimiz kimi, "İBM" şirkəti ilə müqavilə "Microsoft"un uğurunun memarıdır. 1980-ci illərdə təbii ki, anasının köməyi olmadan naməlum şirkətdən "İBM" nəhəng şirkətinə operativ sistem hazırlanması təklif edilir. Bu dövrdə Bill "Seattle Computer Products" şirkətindən hazır məhsul- "86-DOS" əməliyyat sistemini alır. Tim Patersonla birlikdə kompüterə uyğunlaşdırır və MS-DOS əldə edir.

Qeyts "MS-DOS" istifadə lisenziyasını "İBM"ə satır və müəlliflik hüququnu "Microsoft"a saxlamağı xahiş edir. Qəribədir ki, şirkət buna razılaşır və patent üzrə müqavilə də imzalayır. Beləcə, "Microsoft" "İBM"in satdığı hər sistemə görə faizini alır.

Tezliklə "Windows NT" əməliyyat sistemi və digərləri işıq üzü gördü və Qeytsin şirkəti birjaya çıxdı. Bill qısa müddət ərzində milyonlar qazandı.

Mark Zukerberq


Xəbərə aid fotolar