Almaniyada güclü siklon tüğyan edir


Digərləri 11 Mar 2019 00:50:16 239 0

Almaniyada güclü siklon tüğyan edir

Almaniyaya Belçika ilə sərhəddən güclü “Eberhard” siklonu yaxınlaşır.

Bakı. Tural Turan - Almaniyaya Belçika ilə sərhəddən güclü “Eberhard” siklonu yaxınlaşır. Trend-in məlumatına görə, küləyin sürəti saatda 120 kilometrə çatır. Almaniya Meteoroloji Xidmətinin «Twitter»-də verdiyi məlumata görə, siklon ilk olaraq Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts regionlarını vurub, daha sonra isə Hessen, Türingiya, Şimali Bavariya və Çexiyaya yollanır.