Binəqədidə mənzildə meyit tapılıb


Digərləri 11 Mar 2019 00:11:40 257 0

Binəqədidə mənzildə meyit tapılıb

Binəqədidə mənzildə meyit tapılıb

Bakı. Tural Turan - Binəqədidə mənzildə meyit tapılıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Hüseynov Əhməd Alı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.