Rusiyada bir nəfər "donuz qripi"ndən ölüb


Dünya 10 Mar 2019 23:00:00 297 0

Rusiyada bir nəfər "donuz qripi"ndən ölüb

Rusiyanın Surqut şəhərində bir nəfər "donuz qripi"ndən ölüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, reanimasiyaya yerləşdirilən kişi martın 6-da dünyasını dəyişsə də, hadisədən ancaq bu gün xəbər tutulub.  Məlumatı "Mash" telegram-telekanalı yayıb. 

Xəstənin fevralın 27-dən yerli xəstəxanalardan birinə yerləşdirildiyi məlum olub. Həkimlərin səyinə baxmayaraq, onun vəziyyəti getdikcə pisləşib.