Oğul 64 yaşlı atasını xüsusi amansızlıqla qətlə yetirib


Dünya 10 Mar 2019 22:40:00 299 0

Oğul 64 yaşlı atasını xüsusi amansızlıqla qətlə yetirib

Ermənistanda oğul atasını xüsusi qəddarlıqla qətlə yetirib.

Son.az report-a istinadən bildirir ki, hadisə Kotaysk vilayətində baş verib. 

Vilayətin Djrvej kəndində qətlə yetirilmiş kişi cəsədi aşkarlanıb. Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədin 64 yaşlı Melkon Çolaxyana aid olduğunu müəyyənləşdiriblər. Onun bədənində kəsici alətlə çoxsaylı yaralar müəyyən edilib. Polis cəsədin yanında iki bıçaq aşkar edib.