"Pis həkim ola bilmərəm" FOTO


Digərləri 10 Mar 2019 22:44:00 518 0

"Pis həkim ola bilmərəm"  FOTO

Gültap Xaliqli: "Mən gənclik dövrü görməmişəm, həyatımın o anlarını kitabxanada keçirmişəm" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Uşaqlıq illərindən arzulayıb gəldiyi sahə deyil, bir növ istiqamətləndirmə sayəsində tibbi seçib. Amma təhsil aldığı müddətdə gördüyü işi sevməyi öyrənib. Bu gün özünü tibdən başqa heç bir sahədə görmədiyini deyir. "Birbaşa predmeti insan və onun sağlamlığı olan həkimlik, zamanla mənim gözümdə böyüdü və bu sahəni daha çox sevməyə başladım" - deyən müsahibimiz Türkiyənin Ege Universitetinin tibb fakültəsində uzmanlıq təhsili alan 26 yaşlı Gültap Xaliqlidir.

- Gültap xanım, siz də bir çox qızlar kimi uşaq vaxtı "həkim olacağam" deyirdiniz?

- Yox, uşaqlıq arzum olmayıb. Jurnalist, diplomat olacağımı, ingilis dilini mükəmməl öyrənəcəyimi deyirdim. Təsadüfə inanmıram, amma həkimliyə yönəlməyim bir az təsadüf oldu. 6-cı sinifdən sonra valideynlərim liseyə imtahan verməyimi istədilər. Mən də imtahan verib qəbul oldum və 7-ci sinifdən sonra orda oxudum. Lisey kimya-biologiya təmayüllü olduğu üçün o fənlərə daha çox üstünlük verirdi. Həmin məktəbdə oxuyanların 90 faizi tibbə yönəlirdi. Məndə də kimya və biologiya mükəmməl oldu deyə, 4-cü qrupa verdim və beləliklə, həkimliyi seçdim.

- Yəni sevərək yönəldiyiniz sahə olmayıb?

- Tibbə qəbul olandan sonra hiss etdim ki bura tam mənim yerimdir. Özümü başqa sahədə təsəvvür edə bilmirdim.

- Tibbi sizə sevdirən nə oldu?

- Bu işin nə dərəcədə önəmli olması. Həkimliyin digər sahələrə nisbətən daha önəmli olduğunu düşünməyə başladım. Bəlkə də bu fikir başqaları üçün yanlışdır, amma mən öz sahəmlə bağlı bu cür düşünürəm. Müəllimlərimiz bizə deyirdilər ki, müəllim pisdirsə, tələbəsi savadsız olur, bənna pis olanda tikdiyi ev yaxşı alınmır, siyasətçi işini yaxşı bilməsə, idarəetmə uğurlu olmur, amma həkim pis ola bilməz. Artıq beynimə yeritmişəm ki, pis həkim ola bilmərəm. Çünki bu, bir insanın ölümünə səbəb ola bilər. Birbaşa predmeti insan və onun sağlamlığı olan həkimlik, zamanla mənim gözümdə böyüdü və bu sahəni daha çox sevməyə başladım.

Amma tibbə sevgimin yaranmasından danışanda bir müəllimim var ki, onun adını çəkməsəm olmaz. O şəxs Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mənim kuratorum olan nefroloq Barat Yusifovdur. Onun sayəsində mən bu sahəni çox sevdim. O, mənə gördüyün işi sevməyi, insanlara təmənnasız yardım etməyi, pasientlərləə doğru şəkildə, yaxınınmış kimi davranmağı və istəyindən heç zaman vaz keçməməyi öyrətdi. Mənə çox böyük dəstək oldu. Bu yerlərə gəlib çatmağımda rolu olan böyük insanlardan biridir.

- Pis həkim olmamaq üçün nə edirsiniz?

- İlk istəyim güclü tibbi təhsil almaqdır. Azərbaycanda mən o təhsili görmədiyim üçün uzmanlıq təhsilini Türkiyədə almaq qərarı verdim. Azərbaycan Tibb Universitetində 6 illik tibb təhsili aldım. Sonrakı mərhələ isə 4-5 illik rezidentura dediyimiz ixtisas təhsili idi. Azərbaycanda imtahan verib onu da qazandım, bir müddət Respublika Klinik Xəstəxanasında və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında nefroloq kimi işlədim, amma təhsildən məmnun qalmadığım üçün imtina edib, təzədən hazırlaşdım və Türkiyəni seçdim. Bunun üçün maksimum dərəcədə hazırlaşdım, birinci seçdiyim yeri qazandım və bura gəldim. Hazırda EGE Universiteti Tibb fakültəsində ginekologiya üzrə uzmanlıq təhsili alıram, həm də assistent həkim kimi universitetin klinikasında çalışıram.

- Ginekologiyanı seçməyiniz necə oldu?


Xəbərə aid fotolar