Gürcüstanda yeni sağ mərkəzçi siyasi partiya yaradılıb


Dünya 10 Mar 2019 22:20:00 230 0

Gürcüstanda yeni sağ mərkəzçi siyasi partiya yaradılıb

Gürcüstanda yeni "Qanun və hüquq" adlı, Qərb yönümlü, sağ mərkəzçi siyasi partiya yaradılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, martın 10-da Tbilisidə partiyanın təsis qurultayı keçirilib. Qurultayda 11 siyasi partiyanı özündə birləşdirən "Güc birlikdədir" blokunun üzvləri və digər siyasi partiya və hərəkatların üzvləri iştirak ediblər.

Partiyanın sədri Tako Çarkviani çıxışında deyib: "Məqsədimiz ölkəni düşdüyü ağır vəziyyətdən xilas etməkdir. Bunun üçün elə edəcəyik ki, bütün siyasi partiyalar bizim sıralarımıza qoşulsunlar".

Qurultayda partiyanın prioritet istiqamətləri açıqlanıb.

Siyasi partiya ilk növbədə korrupsiya əleyhinə qanun hazırlayacaq. Çalışacaq ki, korrupsiya hərəkətləri ilə yanaşı, korrupsiya mentaliteti də cinayət məsuliyyətinə səbəb olsun.

Siyasi partiya həmçinin, yaxın vaxtlarda Gürcüstanın regional inkişaf planını və soydaşların ölkəyə qayıtmaları üçün proqram hazırlayacaq.