Adi fahişədən dəniz quldurlarının kraliçasına çevrilən qadın FOTO


Digərləri 10 Mar 2019 22:04:00 283 0

Adi fahişədən dəniz quldurlarının kraliçasına çevrilən qadın  FOTO

Çinli Çin Si 70 minlik ordunu əlində saxlayaraq dənizlərə hökmranlıq edib.

Son.az ölkə.az-a istinadən adi fahişəlikdən öz dövlətini qurmağa doğru yol keçən qadının həyat hekayəsini çatdırır.

XIX əsrin əvvəlində Çin Si "Çiçəkli qayıq" dəniz fahişəxanasında işləyirdi. Bu gəmi fahişələrdə dolu idi. Cənub Çin dənizində səfər edən gəmi təkcə fahişələri yox, teatr səhnələri də təqdim edirdi.

26 yaşı olanda Çin Si müştəriləri arasında həyatının kişisini tapdı. Bu, dəniz qulduru Çjen İ idi. Çjen Cənub Çin dənizinin böyük hissəsini nəzarəti altında saxlayan təhlükəli quldurlardan biri idi.  Nikahdan əvvəl Çin Si şərt qoydu: ona sadiq arvad olacaq və Çjen də donanma üzərində hakimiyyəti onunla bölüşəcək.

O dövr üçün minlərlə dənizçisi olan orduya qadının kişi ilə bərabər hüquqda idarəçilik etməsi ağlasığmaz idi. Amma quldur dənizində quru qanunları işləmirdi. Başqa qanunlar var idi. Məsələn, cütlüyün uşağı olmadığı üçün quldurlar balıqçıların 15 yaşlı Çjan Baotszay adlı oğlunu oğurladılar. Çin Si oğlanla cinsi əlaqəyə girdi və tezliklə kraliça oldu. Ailə səadəti uzun sürmədi. İki il sonra Çjen İ vəfat etdi. Xanım Çjen isə hakimiyyəti əlinə keçirdi. Onun nəzarəti altında 70 min quldur və 400 gəmi var idi. Bu, böyük bir donanma idi.

Xanım Çjen şahzadə-konsort kimi cavan məşuqu Çjan Baotszayı, yəni oğulluğunu təyin etdi. Çox güman ki, cütlük uşağı əsl övladları kimi yox, məşuq kimi qəbul edirdilər və İnin ölümündən sonra Çinin qanuni müdafiəçisi olacağını hədəfləmişdilər.


Xəbərə aid fotolar