Uşaqların dünyagörüşünü səyahətlə zənginləşdirmək yolu


Digərləri 10 Mar 2019 21:20:00 213 0

Uşaqların dünyagörüşünü səyahətlə zənginləşdirmək yolu

Ekspertlərin fikrincə, məktəbli turlarının təşkili şagirdləri qapalı şəraitdən, məhdud dairədən çıxara, geniş dünyaya qovuşdura bilər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Rusiyanın, eləcə də Ukrayna və Belarusun ayrı-ayrı şəhərlərində  məktəblilərin kütləvi şəkildə ekskursiyaya gəlmələrini müşahidə etmək mümkündür. Uşaqlar qrup rəhbərlərinin nəzarəti altında 2-3 gün oteldə qalır, şəhərin görməli yerlərini gəzir, sonra da avtobusla və ya qatarla evlərinə geri qayıdırdılar. MDB ölkələri sovet dövründən qalan bu ənənəni hələ də qoruyub saxlamaqda davam edirlər. Rusiyada və digər ölkələrdə tur operatorlar bu cür turları təklif etməklə "Biz belə turları təşkil edib balaca dostlarımız üçün ekskursiyaların rahat və maraqlı keçməsinə çalışırıq" deyirlər. Məktəblilərin bu tip turları isə çoxsaylı rəylərlə müşahidə olunur. Hər şeydən əvvəl, məktəbli turları - səyahətlər, ekskursiyalar onların bütün həyatı boyu xatırlanır. Bu gəzintilər uşaqlara unudulmaz təəssüratlar bəxş etməyin ən gözəl üsulu, təhsil prosesinin isə vacib hissəsidir. Ekspertlər bildirirlər ki, məktəb gəzintiləri uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı, müstəqil olmağı, ən əsası, başqa kollektivlərlə ünsiyyət qurmağı, cəmiyyətə adaptasiyanı öyrədir. Bu cür turlar həmçinin onlar üçün qısa vaxt ərzində tam istirahətdir. Bu turlar şagirdlərin hətta heç vaxt dərsliklərdə eşitmədiyi yerlərlə tanışlığıdır.

Tur operatorların məktəblilər üçün təklif etdikləri proqramlar öz rəngarəngliyi ilə fərqlənir. Rahat avtobusdan tutmuş otelə, yeməklərə qədər... Ekskursiya proqramları əyləncəli təşkil olunur. Akvapark, zoopark, muzeylərə gəzintilər, əyləncəli məkanlar proqrama daxil edilir. Əgər uşaqlara yay tətili zamanı düşərgələrdə dincəlmək lazımdırsa, tur operatorlar bu xidmətləri də təşkil edirlər. 

Bəs bizim ölkədə bu sahədə vəziyyət necədir? Tətillərdə istirahət etmək istəyən, çevrəsi televizor, mobil telefonlar, kompüter və planşetlərlə, ən yaxşı halda, internet klublarla zəngin olan uşaqlarımıza ölkə daxilində və ya ölkədən kənara çıxmaları üçün hansı imkanlar təklif olunur? Turizm şirkətlərinin bu istiqamətdə hazır təklifləri varmı?