Yol qəzası baş verib, xəsarət alan var


Digərləri 10 Mar 2019 20:40:00 199 0

Yol qəzası baş verib, xəsarət alan var

Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı Elcan Həsənov müxtəlif bədən xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.