Reptoidlərin yeraltı sivilizasiyası Alternativ tarixin baxış bucağı


Digərləri 10 Mar 2019 20:10:00 261 0

Reptoidlərin yeraltı sivilizasiyası  Alternativ tarixin baxış bucağı

Reptoidlər şüurlu kərtənkələ irqidir və bəşəriyyətdən əvvəl yaranıb. Bəzi mənbələrə görə, reptoidlər yerini insana tərk edərək yoxa çıxıblar. Amma elə mənbələr də var ki, onların fikrinə əsasən, kərtənkələlər Yerin üstünü insanlara tərk edib dibinə gediblər.

Son.az ölkə.az-a istinadən bu gün oxucularına alternativ tarixin başqa bir sirrini açacaq. Bizə naməlum olan Yer Bu gün texniki nəaliyyətlərə baxmayaraq, insan planeti hələ də tam tədqiq edə bilməyib. Elə yerlər var ki, ora hələ də alim ayağı dəyməyib. Dünya Okeanını tədqiq edən insan 11 min metr dərinliyə enib. Amma 200-300 metrdən aşağını tədqiq edə bilməyib. Bu günə qədər də insan hələ də dünyanın altını tam tədqiq edə bilməyib. 

Ucsuz-bucaqsız yeraltı labirintlər

Ucsuz-bucaqsız yeraltı labirintlər, mağaralar planetin hər yerində, hətta Antarktidada da var. Yeraltı dəhlizlər sonsuz və ucsuz-bucaqsız tunellərə çevrilir. Uzunluğu 100, 200, 300 km olan tunellər var. Mamontova tunelinin uzunluğu 627 km-dir. Bu günə qədər heç bir mağara tam tədqiq edilməyib. Endryu Tomas uzun illər Tibet və Himalayı tədqiq edib. O, əsərlərində qeyd edir ki, rahiblər onu Tibetdə sonu olmayan tunellərə aparıblar və bu tunellərlə dünyanın mərkəzinə qədər getmək mümkündür.

Nevada poliqonundakı yeraltı nüvə partlayışından sonra Kanadadakı mağaralarda (arada məsafə 2000 km olub) radiasiya səviyyəsi 20 dəfə artıb. Amerikalı mütəxəssislərin fikrinə əsasən, Şimali Amerikadakı bütün mağaralar bir-biri ilə əlaqəlidir. Rusiyalı tədqiqatçı Pavel Miroşniçenkonun fikrinə əsasən, Krımdan Qafqaza, oradan da Volqoqrad vilayətinə qədər uzanan yeraltı boşluqlar var. Deməli, bizim yeraltında da bir qitəmiz var. Bəs orada sakinlər yoxdurmu? Bizim əcdadlarımızın fikrinə əsasən, yeraltı dünyanın öz sakinləri var.

Yerin altında yaşayan şüurlu kərtənkələlər haqqında əfsanələr və əsatirlər Avstraliya xalqlarında, Şimali Amerika hindularında, Tibet rahiblərində, Ural və Rostov vilayəti xalqlarında var. Təsadüfdürmü? Çox güman ki, iqlim dəyişikliyi nəticəsində Yerin üst səthində kərtənkələlər üçün həyat əlverişisiz olub. Əgər şüursuz varlıqlar məhv oldularsa, reptoidlər yerin altına getdilər. Burada su və normal temperatur var idi. Yerin üst qatını insana təhvil verən reptoidlər yeraltı hissənin hakimiyyətini ələ keçirdilər. Çox şübhəsiz gözlənilən görüş nə vaxtsa baş tutacaq və ehtimal edilir ki, bu görüş Cənubi Amerikada olacaq. Məhz burada hər iki sivilizasiyanı bir-birindən ayıran sədd nazilib.

Çinkanaslar