Dəb proqnozu: Yazda hansı rənglər trend olacaq? FOTO


Digərləri 10 Mar 2019 19:45:00 243 0

Dəb proqnozu: Yazda hansı rənglər trend olacaq?  FOTO

Məşhur "Pantone" rəng şirkəti 2019-cu ilin yaz-yay aylarının trend çalarlarını açıqlayıb.

Son.az xəbər verir ki, bu il xüsusilə qırmızı, sarı və narıncı çalarları aktual olacaq.

Qırmızı

"Pantone"nin təqdim etdiyi rəng palitrasında birinci yeri açıq qırmızı çalarları məşğul edir. "Pantone" şirkəti hesab edir ki, qırmızı olduqca həyəcanverici və isti rəngdir. Odur ki, xüsusilə şənliklər üçün əlverişlidir. Qırmızının güclü enerjisi yaz və yay mövsümünün əhval-ruhiyyəsini özündə əks etdirir.

Tünd qırmızı

Qırmızının daha tünd versiyası bahar ayları üçün gözlənilməz olsa da, zərifliyi sayəsində çoxlarının qəlbinə yol tapacaq.

Sarıkök çaları

Sarının belə çaları istənilən obrazı dərhal canlandırır. Odur ki, sarı ilə barışmağa və onu qarderoba əlavə etməyə dəyər.

Parlaq sarı

Qızıl sarısı deyilən bu versiya sizə bütün problemləri bir müddət unutduraraq qəlbimizə rahatlıq bəşx edəcək. Günəş rəmzi sayılan sarı istər gündüz, istərsə də gecə ziyafətləri üçün uğurlu seçimdir.

Bənövşəyi

Bənövşəyinin bir qayda olaraq yaz və yay aylarının trendi olduğuna çoxdan alışmışıq. Dəyişməz qayda bu il üçün də keçərlidir.

Mərcan çaları

Mərcanın açıq tonları yaz və yay aylarında xüsusilə xoş və iddialı təsir bağışlayır.

Çəhrayı

Çəhrayı da daha tünd versiyası - bənövşəyi ilə eyni statusa malikdir. Açıq çəhrayı romantik bahar günlərində obrazı daha mənalı göstərmək qüdrətinə malikdir. Yadda saxlayın ki, məsumluğu simvolizə edən çəhrayı istənilən qadının saflığını ön plana çəkir.

Xardal sarısı

Yuxarıda söylədiyimiz kimi, sarının çalarları bu il bizi hər yerdə addım-addım izləyəcək.

Bibər yaşılı

Bibər yaşılı 2019-cu ilin ən orijinal çaları möqeyinə yüksəlib. Digər rənglər qədər parlaq və diqqətçəkici olmasa da, günəşli havalar üçün əlverişlidir, o, obrazı daha şıq və zərif göstərəcək. Təbiət rənglərindən ilham almağa dəyər.