Limfa sistemini təmizləyən təbii üsullar


Digərləri 10 Mar 2019 19:15:00 228 0

Limfa sistemini təmizləyən təbii üsullar

Limfalar bədəndə axan mayelər və toxumlardan ibarət olan mühüm bir sistemdir. Qan dövranı sistemindən fərqli olaraq, limfa sistemi hərəkətin davam etdirilməsi üçün ürəyin köməyinə ehtiyac duymur. Odur ki, limfa sisteminin səmərəli şəkildə işləyə və təmizlənə bilməsi üçün ona kömək etməlisiniz.

Limfa sisteminin yüklənməsi limfatik düyünlərin şişməsinə səbəb olur ki, bu da öz növbəsində, bütün bədəndə ağrılara gətirib çıxarır. Bundan başqa, limfa sisteminin pozulması böyrək və qaraciyərdə zəhərli maddələrin toplanmasına səbəb olur. Dolayısı ilə siz hormonal disbalans, həzm problemləri, qan dövranının pisləşməsi, çəkinin artması və sair bu kimi ciddi narahatlıqlar hiss edəcəksiniz.

Son.az limfa sistemini tənzimləyən təbii üsullarla tanış edir.

Meyvə yeyin

Ac qarına meyvə yemək detoksifikasiyanı stimullaşdırmaq üçün ən asan və ən dadlı yollardan biridir. Çünki əsasən meyvə turşuları və fermentləri bədən üzərində detokslaşdırıcı təsir göstərir. Limon və qreypfrut ən yaxşı seçimdir, odur ki, səhər yuxudan duran kimi bir stəkan suya limon sıxıb için.

Su için

Limfa sisteminin filtrasiyası, yəni toksin və kimyəvi maddələrin atılması üçün bədənin kifayət qədər suya ehtiyacı var. Gün ərzində bədənin düzgün nəmləndirilməsini təmin etmək üçün 2 litrə yaxın su içmək məsləhət görülür.

Masaj

Masaj toxumaları hərəkət etdirərək limfa sistemini sıxır və nəticədə zərərli maddələri xaric edir. Beləliklə, limfa sistemin işini dəstəkləyir.

Tullanma