Xaçmazda avtomobildən 30 yeşik alma yola dağıldı


Digərləri 10 Mar 2019 18:03:00 229 0

Xaçmazda avtomobildən 30 yeşik alma yola dağıldı

Xaçmaz rayonunda yol ilə hərəkətdə olan avtomobilin yükü yerə dağılıb.

Son.az Report-a istinadən bildirir ki, Xaçmaz-Quba yolunun 7-ci km-də "Qazel" markalı avtomobilin arxa qapısı açılıb və 30 yeşik alma yola dağılıb.

Yükün sahibi olan Zaur Mehdiyev almaları Xaçmaz rayonunun kəndlərindən alaraq, satmaq üçün Sumqayıt şəhərinə aparırmış. Ona təqribən 500 manatdan çox maddi ziyan dəyib.


Xəbərə aid fotolar