Elektron siqaretlər normal siqaretlər qədər təhlükəlidir


Digərləri 10 Mar 2019 17:56:00 231 0

Elektron siqaretlər normal siqaretlər qədər təhlükəlidir

Elektron siqaretlər infarkt riskini artırır.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barəə ABŞ-ın Kansas Universitetinin Tibb Fakültəsinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb. 

Araşdırmalar zamanı məlum olub ki, elektron siqaretlərdən istifadə edənlərin infarkt olması riski, siqaret çəkməyənlərlə müqayisədə 34 faiz daha çoxdur. Həmçinin elektron siqaret aludəçilərində xroniki ürək çatışmazlığı riski 25, depressiya və nevroloji pozulma riski isə 55 faiz və daha çoxdur.

Tədqiqatlar 2014, 2016 və 2017-ci illər ərzində təxminən 100 min insan arasında aparılıb.