İranlı cütlük ictimai yerdə nişanlandı və həbs edildi


Dünya 10 Mar 2019 17:35:00 247 0

İranlı cütlük ictimai yerdə nişanlandı və həbs edildi

İranda kişi və qadın ticarət mərkəzində nişanlandığına görə həbs edilib.

Son.az Oxu.az-a istinadən bildirir ki, nişan mərasiminin videosu sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, kişi öz sevgilisinə evlənmək təklifi edir. Qadın müsbət cavab verdikdən sonra onlar qucaqlaşır, ətrafdakı insanlar isə bunu alqışlayır.