Azərbaycanda 100ə yaxın məktəbdə ehtiyat dərsliklər istifadə edilir


Digərləri 10 Mar 2019 16:10:00 253 0

Azərbaycanda 100ə yaxın məktəbdə ehtiyat dərsliklər istifadə edilir

Azərbaycanda "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə hazırlanmış ehtiyat dərsliklər ölkənin seçilmiş 96 məktəbinin 122 sinfində pilot olaraq tətbiq edilir.

Son.az Trend-ə istinadən bildirir ki, dərsliklərin yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanılıb.

2018-ci ildə etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə onların ana dili dərsliklərinin hazırlanması istiqamətində işlər görülüb. Bu məqsədlə dövlət ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün talış dili, ləzgi dili, saxur dili, Xınalıq dili, avar dili üzrə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanıb.