Azərbaycan MAFİYAsının böyük oyunları: narkotik, ərzaq biznesi...


Kriminal 10 Mar 2019 15:35:00 202 0

Azərbaycan MAFİYAsının böyük oyunları: narkotik, ərzaq biznesi...

Xəbər vermişdik ki, "Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Rusiyanın böyük obyektlərindən biri hesab olunan "Food City" aqroklasterinə nəzarəti ələ keçirib.

"Food City" daha öncə 2016-cı ildə Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin əmisi oğlu Zaur Əhmədovun nəzarəti altında idi. 

Qeyd olunur ki, "Quli"nin aqroklasteri ələ keçirməsi onu Lənkəranskinin qətlini sifariş edən şübhəli şəxs kimi daha da gücləndirib. Mafiya klanlarının Lənkəranskinin paytaxtdakı səhmləri uğrunda mübarizəsi məhz Rövşənin ölümündən sonra başlayıb. O zamanlar Azərbaycanda həbsxanada olan Səlifov öz emissarları vasitəsilə Canıyevin Moskvadakı obyektlərini zəbt etməyə başlayıb. 

"Lotu Quli" indi 85 hektar sahəsi və 13 min işçisi olan kompleksini "Skype" vasitəsilə idarə edir. O, zəngin iş adamları ilə videokonfranslar təşkil edərək əlaqə saxlayır. 

Xatırladaq ki, ötən il sentyabrın sonunda "Moskva" yarmarkasında - paytaxtın ən böyük ticarət komplekslərindən birində kütləvi dava baş vermişdi.

İnsidentin alovlanmasının səbəbi kimi yerli mühafizə işçilərinin tacirlərdən birini döyməsi göstərilir: cavan ticarətçi "yuxarı" çatacaq hesabı ödəməkdən imtina etmişdi...

Bu hadisə əyani olaraq göstərir ki, Moskvanın ən böyük bazarları, ticarət mərkəzləri qanundan tamamilə uzaq - "oğru" qaydaları ilə nizamlanır.

Son.az Moskvanın ticarət obyektlərinin hasarları arxasında baş verən "tünd işlər" haqda təfərrüatı oxucuların diqqətinə çatdırır.

Bazarlar kralının ölümü

18 avqust 2016-cı ildə gecə saatlarında qara rəngli "Range Rover İstanbulun mərkəzi mehmanxanasının yanında güllə-baran edildi. Cinayət başında 65 giliz tapılmışdı. İsrail istehsalı tapança-pulemyotlar olan "Uzi"lərdən yolsuzluq avtomobili deşik-deşik edilmişdi.

Hədəf "Range Rover"in arxa oturacağında oturmuş Lənkəranski ləqəbli, 41 yaşlı azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev idi. Qatillərin güllələri hədəfə çatır: Lənkəranski ağır yaralanır və həmin gün "Florence Nightingale" klinikasında dünyasını dəyişir. Onun cəsədi xüsusi reyslə Azərbaycanın Lənkəran şəhərinə çatdırılır və 19 avqust 2016-cı ildə dəfn edilir. Matəm mərasimdə minlərlə insan iştirak edir...

Məhz Lənkəranskini Aslan Usoyanın (Ded Xasan) 2013-cü ildəki qətlinin mümkün sifarişçisi hesab edirdilər. Ehtimal ki, kürdlər Lənkəranskidən bu yolla qisas aldılar. Amma Lənkəranskinin düşmənləri arasında kriminal dairələrdə "Lotu Quli" ləqəbi ilə məşhur olan, azərbaycanlı kriminal avtoritet, 44 yaşlı Salifov Nadir Nəriman oğlu da var. O, 27 yaşında, 2000-ci ildə "qanuni oğru" tacına yiyələnib. Nüfuzlu kriminal mətbu orqan - "Praym Kraym" portalının redaktoru Viktoriya Qefterin sözlərinə görə, Lotu Quli Azərbaycan qanuni oğrularının arasında qeyd-şərtsiz ən nüfuzlusudur.

Adətən kriminal avtoritetlərin, qanuni oğruların bütün ticarət işləri yad gözlərdən gizlədilir. Bununla belə, Viktoriya Qefter qeyd edir ki, Lənkəranskiyə Moskvanın mərkəzində, Kolujskaya şossesində şəhərin ən nəhəng ticarət nöqtələri aid idi. "Food City" ən böyük topdan-pərakəndə ərzaq satışı mərkəzidir. Canıyevin ölümündən sonra "təsərrüfat"la Lənkəranskinin əmisi oğlu 39 yaşlı Zaur Əhmədov məşğul olmağa başladı.

Təhlükəli miras