Əfqanıstanın şimal əyalətlərinə altı mindən çox silahlı dəstə toplanıb


Dünya 10 Mar 2019 15:21:00 187 0

Əfqanıstanın şimal əyalətlərinə altı mindən çox silahlı dəstə toplanıb

Tacikistanla həmsərhəd Əfqanıstanın şimal əyalətlərinə altı mindən çox xarici silahlı toplanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Tacikistan Sərhəd Xidmətinin rəhbəri Racabali Rahmonali jurnalistlərə bildirib.

O deyib ki, Əfqanıstanın Bədəxşan, Kunduz və Taxor əyalətlərində ümumilikdə 16 min 770 silahlı toplanıb ki, bunun da 6 min 370 nəfəri xaricilərdir. Onlar bu əyalətlərdə 36 terror hazırlıq düşərgəsi yaradıb. Bunlar əsasən, "Taliban", "Ansorullox", "Türküstan İslam Hərəkatı" və İŞİD terrorçularıdır. Tacikistan və Əfqanıstanla həmsərhəd digər dövlətlər təbii ki, bundan narahatdır.