Ankarada çoxmərtəbəli yaşayış binasının sakinləri təxliyə olundu


Dünya 10 Mar 2019 14:06:00 253 0

Ankarada çoxmərtəbəli yaşayış binasının sakinləri təxliyə olundu

Ankaranın Plevne məhəlləsində yerləşən dörd mərtəbəli yaşayış binasında aşkarlanan qəza vəziyyəti səbəbindən sakinlər təxliyə olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təxliyə martın 10-da yerli vaxtla saat 4.30-dan başlanaraq həyata keçirilib. Buna səbəb altı il əvvəl tikilən binanın əsas sütunlarında əmələ gələn çatların sürətlə genişlənməsi olub. Bildirilir ki, Ankara valiliyi ən qısa zamanda binadakı 21 mənzilin sakinlərini müvəqqəti yerləşdirmək üçün müvafiq addım atacaq.