11 körpə öldü, səhiyyə naziri istefa verdi


Dünya 10 Mar 2019 12:37:00 220 0

11 körpə öldü, səhiyyə naziri istefa verdi

Tunisin səhiyyə naziri Əbdel Rauf əş-Şərif ölkənin paytaxtında mamalıq və neonatologiya mərkəzində 11 körpənin öldüyündən sonra istefa verib.

Son.az Trend-ə istinadən bildirir ki, baş nazir Yusif Şahed əş-Şərifin istefasını qəbul edib.

Şənbə günü ölkənin Səhiyyə Nazirliyi bildirib ki, paytaxtın Rabta rayonunda mamalıq və neonatologiya mərkəzində 7-8 mart tarixlərində ən azı 11 körpə ölü aşkar olunub.