Ev şəraitində hazırlanan dəri təmizləyici maskalar


Digərləri 10 Mar 2019 12:23:00 213 0

Ev şəraitində hazırlanan dəri təmizləyici maskalar

Bir insanın dəri quruluşuna təsir edən bir sıra amillər var. Bunlar genetik, yaş, dəri baxımı və psixologiyadır.

Dəri təmizləyici maskalar, hər yaşa, hər bir dəri tipinə görə fərqlilik göstərir. Təmizliyinə laqeydlik edilmiş bir dəri xüsusilə bu şəhər həyatının tozlu və stress şəraitində qısa müddətdə problemli olmasına şərait yaradır. Bu səbəblə öz dəri tipinizə uyğun dəri təmizləyici maskaları istifadə etməyiniz tövsiyə olunur.

Son.az axşam.az-a istinadən ev şəraitində kimyəvi məhsullardan istifadə etmədən asanlıqla hazırlaya biləcəyiniz maskaların bir neçəsinin təqdim edir:

Qara nöqtələr üçün təsirli maska:

1 ədəd limon bir kasa qatıq

Bir limonun suyunu yaxşıca sıxın. Daha sonra limon suyunu bir kasa qatığa tökərək qarışdırın. Hazırladığınız qarışığı üzünüzə gözlərinizdən başqa hər yerinə yaxın. Limon turşusu gözlərinizi yandıracağı üçün çalışın gözlərinizə dəyməsin. 15 dəqiqə sonra quruyaraq gərginləşdiyini görəcəksiniz. İlıq bol suyla maskanı yuyun. Bu maskanı həftədə 1 dəfə tətbiq edin və qara nöqtələrin yox olduğunu  görəcəksiniz.

Dərini canlandıran  maska: