Avstraliyalı alimlər yeni hörümçək növləri aşkar ediblər


Digərləri 10 Mar 2019 12:02:00 254 0

Avstraliyalı alimlər yeni hörümçək növləri aşkar ediblər

Avstraliyanın qərbində tədqiqatçılar üç yeni hörümçək növünü aşkar ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Fox news" saytı məlumat yayıb.

Entomoloq Cozef Şubertin sözlərini sitat gətirən sayt yazır: "Avstraliyada aşkar etdiyimiz üç yeni hörümçək növünü təqdim edirik. Onlara artıq rəsmi adlar da verilib - Maratus aquilus, Maratus felinus və Maratus combustus".