Latviya prezidenti Avropanı Rusiyaya qarşı birləşməyə çağırdı


Dünya 10 Mar 2019 11:41:00 228 0

Latviya prezidenti Avropanı Rusiyaya qarşı birləşməyə çağırdı

Latviya prezidenti Raymond Veyonis Rusiyanın qabağını almaq üçün Avropa ölkələrinə çağırış edib. 

Son.az Oxu.az-a istinadən bildirir ki, onun Almaniyanın "Şpigel" nəşrinə müsahibəsində dediyi sözlərə görə, Rusiya son zamanlar geosiyasi məqsədlərinə çatmaq üçün təcavüzkar siyasət yürüdür. 

"Biz qonşuyuq və ümumi iqtisadi maraqları bölüşürük. Lakin digər tərəfdən sayıqlığımızı itriməməliyik. Bizə etibarlı qabaqlayıcı amil lazımdır", - deyə o vurğulayıb.