Putinin istifadə etdiyi zirehli “Aurus”dan hər kəs sifariş verə bilər


Digərləri 10 Mar 2019 10:39:00 242 0

Putinin istifadə etdiyi zirehli “Aurus”dan hər kəs sifariş verə bilər

Rusiya "Aurus" avtomobillərinin Avropda satışına 2021-ci ildən başlayacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə ölkənin sənaye və ticarət naziri Denis Manturov məlumat verib. Nazir deyib ki, hazırda bu markadan olan avtomobillərin Avropa tələblərinə uyğun sertifikatlaşdırılması və yerli distribyuterlərin müəyyən edilməsi üçün iş gedir.

Onun sözlərinə görə, "Aurus" avtomobillərinin "SUV" yolsuzluq modeli təkcə Avropada deyil, digər ölkələrdə də populyar olacaq. Ümumilikdə "Aurus" brendi altında dörd model - sedan, limuzin, yolsuzluq avtomobili və miniven istehsal ediləcək.