Silahlılar Suriyada 16 yaşayış məntəqəsini atəşə tutdular


Dünya 10 Mar 2019 09:58:00 253 0

Silahlılar Suriyada 16 yaşayış məntəqəsini atəşə tutdular

Silahlılar ötən sutka ərzində Suriyanın Hələb, Hama, Latakiya və idlib əyalətlərinin 16 yaşayış məntəqəsini atəşə tutublar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin deyib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Safsafa, Aki-Baer, Kimsiba və Kermel (2 dəfə), Hama əyalətinin Açan, Tell-Bazzam və Əl-Hodor-Mar-Zliya, Hələb əyalətinin Vrede, Nits və Əl-Burayc, İdlib əyalətinin Əs-Salahiyə, Əl-Vasitə, Sukkari, Abu-Omar, Niha və Əl-Fhayl yaşayış məntəqələrini atəşə tutublar".