“Sarı jiletlər”dən XƏBƏRDARLIQ:


Dünya 10 Mar 2019 09:27:00 240 0

“Sarı jiletlər”dən XƏBƏRDARLIQ:

Fransada "sarı jiletlər" etiraz aksiyasının 17-ci aktında 28 min 600 nümayişçi iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. "Sarı jiletlər"in 17-ci aktına işsizlik-sığortası ilə bağlı hökumətin aparmaq istədiyi islahatlara etiraz edən bağça işçiləri "qırmızı jilet"lərdə və qadın hüquqlarının müdafiəçiləri "bənövşəyi jiletlər"də qoşulublar.

Parisdə 3 min nümayişçi küçələrə çıxıb. Paytaxtda 19 nəfər saxlanılaraq polis məntəqəsində dindirilib. "Sarı jiletlər" gələn həftə milli debatların başa çatacağı vaxt - martın 16-da keçiriləcək nümayiş üçün böyük səfərbərlik olacağını bildiriblər.