Stalin Lənkəranda olub: Sovet liderinin qaçdığı zindan VİDEO FOTO


Digərləri 10 Mar 2019 01:30:00 451 0

Stalin Lənkəranda olub: Sovet liderinin qaçdığı zindan  VİDEO  FOTO

Azərbaycanda bir çox tarixi memarlıq abidələri haqqında bu günə qədər müxtəlif fikirlər səsləndirilir. 

Belə abidələrdən biri Lənkəran rayonunda, Sütəmurdov körpüsü yaxınlığında yerləşən tarixi Dairəvi qaladır. 

Müxtəlif mənbələrin məlumatına əsasən, zamanında bu qalada adını tarixə yazan sovet lideri İosif Stalinlə (İosif Vissarionoviç Cuqaşvili) yanaşı üç minə yaxın məhbus saxlanılıb.

Əsaslı təmirə ehtiyacı olan tarixi  Dairəvi Qalanın (Zindan) 1747-1786-cı illərdə Lənkəran qalası ilə eyni vaxtda inşa edildiyi yazılır. 

Qalanın kim tərəfindən tikildiyi dəqiq məlum olmasa da, əksər mənbələrdə onun 1747-1786-cı illərdə mühüm müdafiə məqsədilə Səfəvi nəslindən olan Seyid Abbas xanın tapşırığı ilə Talışın hakimi təyin edilən Nadir şahın göstərişi əsasında tikildiyi qeyd edilir.

Son.az bildirir ki, dairəvi qalanın tarixi haqqında araşdırma aparan tədqiqatçı-tarixçi İldırım Şükürzadənin oxu.az-a verdiyi məlumata görə, qala mühüm müdafiə məqsədilə tikilsə də, 100 ilə yaxın zindan kimi fəaliyyət göstərib:

"Dairəvi qala və ona bənzəyən ikinci tikili Lənkəran Mayakıdır. Bu iki tikili 18-ci əsrdə ruslar tərəfindən tikilmiş Lənkəran qala sisteminin cənub və şimal dayaq məntəqələri hesab olunurdu.

Dairəvi qalanın hündürlüyü 20 metr, diametri isə 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir. 1869-cu ildə cənub qütbü hesab olunan Dairəvi qala hərbi qüvvələrin əlinə keçib və 1869-1970-ci ildə qədər, 1 əsr zindan kimi istifadə olunub. 

Dairəvi qalada gizli yollar olub ki, bu qalaya gətirilən məhbusların kimliyi gizli saxlanılsın. Yeraltı keçidlər "Dairəvi qala"nı Lənkəran mayakı, Xan sarayı, "Böyük bazar məscidi" ilə birləşdirirmiş".

Müxtəlif mənbələrdə Stalinin Dairəvi qalaya həbs edilməsinə dair məlumatlar qeyd olunub. Lakin tədqiqatçı deyir ki, Stalinin Lənkərana gəlməsi təsadüf olmayıb:

"Məndə olan məlumata görə, İosif Stalin ilə Masallı rayonu, Qızılağac kəndindən olan Qoçu Məmməd adlı şəxs arasında şəxsi münasibətlər olub. 

O bilirdi ki, Stalin poçt qatarını qarət edəcək və Stalin də məhz onun bələdçiliyi ilə işlərini görürdü. Lakin buna baxmayaraq Stalin tutularaq gizli tunellərlə Zindan qalasına (Dairəvi qala) gətirilib. 

Mənbələrin yazdığına görə, Stalin 1903-1904-cü illərdə bu qalada həbsdə olub.