NASA ilk qadın ekipajın tərkibini açıqlayıb


Digərləri 10 Mar 2019 00:45:00 250 0

NASA ilk qadın ekipajın tərkibini açıqlayıb

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Beynəlxalq Qadınlar Günündə martın sonunda açıq kosmosa çıxacaq ilk qadın ekipajın tərkibini açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, açıq kosmosa çıxacaq zərif cinsin dörd nümayəndəsindən ibarət ekipajın iki üzvü - Enn Makkleyn, Kristina Kox Yerdən 400 kilometr yüksəklikdə Beynəlxalq Kosmik Stansiyada günəş batareyalarını dəyişəcəklər. Yerdəki idarəetmə mərkəzindən isə kosmik missiyaya daha iki qadın - Meri Lourens (uçuşun rəhbəri) və Ceki Keyqi (kosmik səyahətin idarəedicisi) nəzarət edəcəklər.

Məlumatda qeyd olunur ki, Makkeyn artıq ötən ilin dekabrından Beynəlxalq Kosmik Stansiyadadır, Kristina Kox isə martın14-də ona qoşulacaq. Həmin gün Birləşmiş Ştatlarda qeyr-rəsmi olaraq "pi" (3,14) Rəqəmi Günü qeyd olunur. Ona görə də "Soyuz MS-12" kosmik gəmisinin fəzaya buraxılma vaxtı da ABŞ-ın şərq sahillərindəki vaxtla saat 3:14-ə təyin edilib.