Çöküşü qəbul etmək ya da...


Digərləri 09 Mar 2019 23:35:00 221 0

Çöküşü qəbul etmək ya da...

Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və qrup ilə birlikdə hərəkət edən istehsalçılar, ABŞ Prezidenti Donald Tramp ilə neft qiymətlərində kəskin azalma arasında qalıb.

Neftin daha da ucuzlaşması riskini gözə almaq, ya da ABŞ Prezidenti Donald Trampın qəzəbinə məhəl qoymamaq - OPEC bu iki variantdan birini seçmək vəziyyətindədir.

Son.az marja.az-a istinadən bildirir ki, OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçılar Trampın "Twitter" üzərindən etdiyi yüksək qiymət xəbərdarlığının ardından yeni bir paradoksla üz-üzədir: Neft ixrac edən iqtisadiyyatlara mənfi təsir edəcək bir çöküşü qəbul etmək, ya da Trampa meydan oxumaq.

OPEC, ABŞ-ın rekord səviyyədə nefti istehsalından qaynaqlanan təklif artıqlığını azaltmaq üçün ötən ay yeni hasilatı azaltmağa başlayıb.

Xam neft qiymətlərinin bu il 20%-dən artıq yüksəlməsi iki böyük OPEC istehsalçısı İran və Venesuela üzərində diplomatik təzyiq tətbiq edən Tramp üçün maneə yaradır.