Maykl Cekson əslində indi ölür


Digərləri 09 Mar 2019 23:22:00 251 0

Maykl Cekson əslində indi ölür

Maykl Ceksonun oğlan uşaqlarına qarşı cinsi istismarından bəhs edən "Nevələnddən ayrılmaq" adlı sənədli film bütün dünyanı sarsıdıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, vəfat edəndən sonra "Ən çox qazanan ölü" rekordunu qıran "Popun kralı" hazırda çökməkdədir. Analitiklərə görə, mənfi reaksiyalar artıqda 2 milyard dollarlıq krallıq əriyir və əslində Cekson indi ölür.

Ceksonun 25 iyun 2009-cu ildəki vaxtsız vəfatından sonra albom satışları rekord qırdı. Sərvətinin dəyəri öləndən sonra 9 il içində 2 milyard dollar oldu. Ancaq iki ay öncə yayımlanan "Nevələnddən ayrılmaq" sənədli filmi küləyini səmtini dəyişdi.

Yeni Zellandiya və Kanadadakı bəzi radio kanalları Ceksonun mahnılarını musiqi siyahılarından çıxdığını açıqladı. İngiltərədəki Beynəlxaq Futbol Muzeyində olan heykəlinin götürülməsinə qərar verildi. Ciddi iddialar səsləndirilən film sənətçinin üç övladı və anasına qalan sərvətinin əriməsinə səbəb oldu.